Prezident "Qırmızı bazar"da | FOTOLAR

   Prezident "Qırmızı bazar"da    | FOTOLAR
  14 Sentyabr 2025    Oxunub:599
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində olub.
Qarabağ bölgəsinin məşhur yaşayış məntəqələrindən olan, mühüm strateji və coğrafi mövqeyə malik Qırmızı Bazar qəsəbəsi 2023-cü ildə Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində Azərbaycanın nəzarətinə keçib.


Bundan sonra qəsəbədə elektrik və qaz xətləri, həmçinin artezian quyusu bərpa olunub, sayğaclaşdırma prosesinə başlanılıb, 2 transformator quraşdırılıb, 3 su anbarı təmir edilib, 11 kilometrdən çox uzunluqda təbii qaz xətti çəkilib. Hazırda Qırmızı Bazar qəsəbəsində ictimai-məişət obyektləri, həmçinin istehsal emalatxanası fəaliyyət göstərir.
İlham Əliyev Sos kəndində | FOTOLAR

Qəsəbədə 300 fərdi ev mövcuddur ki, onlardan da 71-i yararsızdır, 229-u isə qismən yararlıdır. Artıq 10 ev istismara hazırdır. Ümumilikdə 2025-ci ilin sonunadək 217, 2026-cı ildə isə 12 fərdi ev bərpa olunacaq. Hazırda 10 ailə (39 nəfər) qəsəbəyə qayıdıb.

Dövlətimizin başçısı qəsəbəyə köçmüş İslam Dadaşovun evində olub.




Teqlər:   Prezident  



Xəbər lenti